Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, forvard “Neftçi”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Son klubu “Kocaelispor” olan Şeydayev daha əvvəl Azərbaycanda “Qarabağ” və “Sabah”da oynayıb.