Azərbaycan karateçiləri iki medal qazandı

Azərbaycan Karate Federasiyasının 2 idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən “Kazakhstan Open” beynəlxalq karate turnirində fəxri kürsüyə qalxıb.

Futbolpress.az xəbər verir ki, onlardan Rəşid Süleymanov 16-17 yaş kateqoriyasında, -76 kq çəki dərəcəsində yarışın gümüş mükafatını qazanıb.

-61 kq çəki dərəcəsində mübarizə aparan Oksana Nakoneçna isə gənclərin yarışında bütün rəqiblərinə qalib gələrək birinciliyi bayram edib. Oksana böyüklərin yarısında da fərqlənməyi bacarıb. Həmyerlimiz bu dəfə bürünc medala sahib olub.