Ərəblər 30 dedi, “Mançester Siti” 50 istədi

Səudiyyə Ərəbistanı klubu “Əl Nəsr” “Mançester Siti”nin qapıçısı Edersonu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, Riyad təmsilçisi braziliyalı qolkiper üçün 30 milyon avro təklif edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Mançester Siti” Ederson üçün 50 milyon avro tələb edir. Qolkiper “Əl Nəsr”lə şəxsi razılığa gəlib və klubların anlaşmasını gözləyir.

Ederson 2017-ci ildən “şəhərlilər”də çıxış edir. O, Premyer Liqada 250 oyunda 117 qol buraxıb.