“Ayaks” sabiq “Çelsi”lini heyətinə qatdı

“Ayaks” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Amsterdam təmsilçisi “Vilyarreal”dan ayrılan Bertrand Traoreni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı vingerlə 2 illik müqavilə imzalanıb.

Traore karyerası ərzində “Vitess”, “Çelsi”, “Lion”, “Aston Villa”, “Başakşəhər” və “Vilyarreal”da top qovub.