Abbasovlu “Şamaxı” üçün sınaq günü

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Şamaxı” bu gün yoxlama oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv “Kəpəz”lə üz-üzə gələcək. Görüşə saat 17:30-da start veriləcək.

“Kəpəz” yoxlama oyununda bir neçə gün əvvəl “Turan Tovuz”la qarşılaşmış və 0:4 hesabıyla məğlub olmuşdu.