Argentinalı futbolçu Anxel Di Mariya millidəki karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, Amerika Kubokunun Kolumbiya ilə final matçı onun yığmadakı son görüşü olub.
Di Mariya vidası ilə bağlı bunları deyib: “Belə ayrılmaq arzum idi”.
Yarımmüdaifəçi 2008-ci ildə Argentina millisində debüt edib. O, 145 oyunda 31 qol vurub.