“Neftçi”dən bölgə klubuna

Transfer çalışmalarını davam etdirən “Zaqatala” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi 21 yaşlı mərkəz yarımmüdafiəçisi Akşin Abuzərovu transfer edib. Onunla 2024/2025 mövsümün sonunadək müqavilə imzalanıb.

Son mövsümü Neftçi-2 komandasında keçirən Abuzərov Əvəzedicilər Liqasında çempionluq yaşayıb və 6 qol 10 məhsuldar ötürmə ilə yadda qalıb.