Bellingem: “Belə məğlubiyyət ağrılıdır”

İngiltərə millisinin futbolçusu Cud Bellingem Avro-2024-ün finalında İspaniyaya məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 1:2 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

“Son dönəmdə çox fədakarlıq etdik. Ağır mövsümün sonunda belə turnir insanları daha yorur. Zehni və fiziki çox itirdik. Buna baxmayaraq, ölkəmiz üçün hər şeyi verdik. Belə məğlubiyyət ağrılıdır”.