“Çox xoşbəxtəm, sanki yuxudur” – Yamal

İspaniya millisinin futbolçusu Lamin Yamal Avropa çempionu olmalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, turnirin ən yaxşı gənc oyunçusu seçilən vinger İngiltərə ilə final oyunundan (2:1) sonra bunları deyib:

“Çox xoşbəxtəm, sanki yuxudur. Sahib ola biləcəyim ən gözəl hədiyyəni aldım. Rəqib oyunu bərabərləşdirdikdən sonra təzyiq yarandı, ancaq bu komanda vəziyyətdən çıxa bildi. Komanda yoldaşlarım da mənə çox kömək olur. Onlarla rahatam və xoşbəxtəm”.