“Qalatasaray” “Yuventus”un və Fransa millisinin futbolçusu Adrian Rabiotu transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi üçün Turin təmsilçisi ilə danışıqlara başlayıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Yuventus” oyunçuya 2 illinə 7,5 milyon avro qazanacağı müqavilə təklif edib, amma Rabiot bununla razılaşmayıb. “Qalatasaray” bu fonda danışıqları süürətləndirib.
Rabiot hələ qərarıı verməyib. 29 yaşlı futbolçu “Yuventus” formasıyla ümumilikdə 212 oyunda 22 qol vurub, 15 məhsuldar ötürmə edib.