İngiltərə millisinin futbolçusu Olle Uotkins Avro-2024-ün finalında bu gün İspaniyaya qarşı keçirəcəkləri görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, hücumçu matçdan gözləntilərini bölüşüb:
“İspaniya bu turnirdə çətin oyunlar keçirdi. Düşünürəm ki, çempionatın ən yaxşı komandası İspaniyadır. Gənc və dinamik oyunçular var. Özlərinə inamlıdırlar və qol vurmağı yaxşı bacarırlar.
Bizim də keyfiyyətli oyunçularımız var. İstənilən vaxt qol vurmaq potensialımız var. Maraqlı görüş olacaq. Finalın bir parçası olmaq üçün səbirsizlənirəm”.
Görüş saat 23:00-da başlayacaq.