Bu gün Rusiya Superkubokunun qalibi məlum olub.
Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Zenit” və “Krasnodar” komandaları üz-üzə gəliblər. Matç Sankt-Peterburq təmsilçisinin qələbəsiylə başa çatıb – 4:2.
“Zenit”in qollarını Rodriqo, Vendel, Qluşenko (2) vurub. “Krasnodar”da isə Krivstov və Smolov fərqlənib.
“Zenit” tarixində 9-cu dəfə Superkuboku qazanıb.
“Krasnodar”a “Sabah”ın sabiq baş məşqçisi Murad Musayev rəhbərlik edir.