“Sumqayıt”da yeni hücumçu

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar” son olaraq Xorvatiyanın “Qoritsa” klubunda çıxış etmiş Nikola Vuynoviç ilə 1+2 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu komandada 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bu günə qədər Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib.