“Zirə”nin “Şerif”lə oyunu 20 manata

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Şerif” (Moldova) oyununun biletləri sabah – iyulun 14-ü saat 12:00-dan satışa çıxarılacaq.
Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.
Satış məntəqələri:
“Zirə İdman Kompleksi”
“Dalğa Arena”
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.
“Zirə” – “Şerif” oyunu iyulun 18-də keçiriləcək. Komandalar arasındakı ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb – 1:0.