“Neftçi” Super Liqa klubunu məğlub etdi

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” birinci yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” Super Liqa təmsilçisi “Alanyaspor”la qarşılaşıb. Matç Azərbaycan klubunun qələbəsiylə başa çatıb – 3:1. Paytaxt təmsilçisinin qollarını Höccət Haqverdi, Emin Mahmudov və Yuri Matias vurub.

Bu, “Neftçi”nin yeni baş məşqçisi Roman Qriqorçukun “ağ-qaralar”ın sükanı arxasında ilk oyunu olub.