Qazaxıstanlı hakimlər Bakıya gələcək

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda “Şerif”ə qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.
Futbolpress.az xəbər verir ki, iyulun 18-də “Dalğa Arena”da baş tutacaq “Zirə” – “Şerif” oyununu qazaxıstanlı hakimlər briqadası idarə edəcək.
Baş hakim Bulat Sariyev yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk köməklik edəcək. Dördüncü hakim isə Aydın Tasıbayev olacaq.
“Zirə” birinci matçda “Şerif”i 1:0 hesabıyla məğlub edib.