Yamal: “Mbappe oyundan sonra formamı istədi”

İspaniya millisinin futbolçusu Lamin Yamal açıqlama verib.

Futbolpress.az xəbər verir ki, 16 yaşlı vinger Avro-2024-də Fransa ilə yarımfinal oyunundan sonra rəqib hücumçu Kilian Mbappenin ondan forma istədiyini deyib. O, insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq Mbappenin ondan köynəyini istədiyini söyləyib.

İspaniya Yamal və Kundenin avtoqolu ilə Fransanı 2:1 hesabıyla məğlub edib. “Buğalar” finalda İngiltərə ilə qarşılaşacaq.