“Sumqayıt” Türkiyə klubunu məğlub etdi

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Sumqayıt” Türkiyədə növbəti yoxlama oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar” I Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşıb. Matç “Sumqayıt”ın qələbəsiylə başa çatıb – 1:0. Yeganə qolu Cordan İrasabala vurub.

“Sumqayıt” bundan əvvəl Rusiyanın “Orenburq” komandasına uduzub – 1:2.