Mbappe klub sahibi ola bilər

“Real”ın yeni transferi Kilian Mbappe klub sahibi ola bilər.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisinin forvardı Fransa Liqa 2 təmsilçisi “Kan”ın səhmlərini ala bilər. Bu barədə “RMC Sport” məlumat yayıb.

Fransa təmsilçisi investor axtarışındadır və Mbappe klubun səhmlərini almağı düşünür.