UEFA reytinqi: Azərbaycan neçəncidir?

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”i (Moldova) məğlub etməsi Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.

Futbolpress.az xəbər verir ki, “qartallar”ın qələbəsi reytinqə 0,250 əmsal yazdırıb.

Azərbaycan 17 min əmsalla 25-ci pillədə qərarlaşıb.

Birinci sıra İngiltərədə qərarlaşıb. Ölkənin aktivində 89,160 xal var.