“Kəpəz” onunla müqaviləni uzatdı

“Kəpəz” futbolçusu Ehtiram Şahverdiyevlə yeni müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümdən “Kəpəz”in heyətində çıxış edən müdafiəçi ilə yeni “1+1” illik anlaşma bağlanıb.