“Mançester Yunayted”in futbolçusu Donni van de Bek karyerasını İspaniyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi “Jirona”ya keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Jirona” van de Bek üçün “Mançester Yunayted”ə bonuslar və 500 min avro ödəyib.
Yarımmüdafiəçi ötən mövsümü “Ayntraxt”da icarədə keçirib.