“Sumqayıt”ın rəqibindən 5 qollu qələbə

“Sumqayıt”ın Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi “Fehervar” yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, Macarıstan təmsilçisi Bolqarıstanın “Hebar” komandası ilə qarşılaşıb. Matç “Fehervar”ın 5:2 hesablı qələbəsiylə başa çatıb.

“Sumqayıt” “Fehervar”la ilk oyunu iyulun 25-də Sumqayıtda keçirəcək. Cavab görüşü isə bir həftə sonra Macarıstanda olacaq.