“Kəpəz” daha bir futbolçunun transferini reallaşdırıb.
Futbolpress.az xəbər verir ki, Mərakeş əsilli ispaniyalı oyunçu Kərim Lkoça ilə “1+1” illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Lkoça son olaraq Andorra çempionatında “Santa Koloma” klubunda oynayıb.