“Sabah”dan ayrılan İdris İnqilablının “FutbolPress“ə müsahibəsi:
– Klubla müqavilən başa çatdı. Karyeranla bağlı nə etməyi düşünürsən?
– “Sabah”dan ayrılmışam. Yəqin, mövsümə mövsümə “İmişli”də başlayacağam, hələ dəqiq bilmirəm. “Kəpəz” baxışa çağırmışdı, qəbul etmədim.
– Nə üçün?
– Pis çıxmasın, yoxlanışa getməyi özümə sığışdırmadım.
– “Qəbələ”də özünü yaxşı göstərib, “Sabah”a keçdin. Amma sonra eniş başladı…
– Eniş deyəndə, zədələrim oldu. Üstəlik, “Sabah”da mənə qarşı düz etmədilər. Əsas oyunçu kimi getsəm də, ehtiyatda qaldım. Bir müddət zədədən sonra əvəzedicilərdə oynadım. Məşqləri düzəltmişdim, yaxşı hazırlaşırdım, amma yenə əvəzedicilərə göndərdilər və orda qaldım.
– “Sabah”a keçidinə peşmansan?
– Bəli.
– Yetirməsi olduğun “Qəbələ” I Liqada mübarizə aparacaq. Yenidən orada olmaq istərdin?
– “Qəbələ”yə həmişə qayıtmaq istəmişəm. Komandaya çətin vəziyyətdə kömək etmək istəyərəm.
– Kluba müraciət etmisən?
– Xeyr, kimləsə danışmamışam.
– Legioner olmaq haqda düşünmürsən?
– İstəyirəm, amma əvvəlcə dil öyrənmək lazımdır. Bunları edəndən sonra xaricdə oynamaq istərdim.
Şahin Cəfərov