Azərbaycan tennisçiləri AÇ-də yarışacaq

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri daha bir ciddi sınaq qarşısındadırlar.

Futbolpress.az xəbər verir ki, seçmə komandamız növbəti Avropa çempionatında mübarizə aparacaq. İdmançılarımız bu gün yarışın təşkil olunacağı İsveçə yola düşüblər. Malmö sınaqlarında məşqçilər Elnur Hidayətzadə, Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Xədicə Əbilzadə, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Elşən Hüseynov 19 yaşadək, Şəbnəm Mansurova, Yağmur Məmmədli, Onur Quluzadə və Tunar Bağırov 15 yaşadək idmançıların mübarizəsində bacarığını göstərəcək.

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə çempionatın oyunlarını idarə edəcək. İyulun 12-də start veriləcək yarışa iyulun 21-də yekun vurulacaq.