Amerika Kubokunun yarımfinalının Uruqvay – Kolumbiya oyununun ən yaxşı futbolçusu məlum olub.
Futbolpress.az xəbər verir ki, bu, kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqesdir.
Yarımmüdafiəçi Uruqvayı 1:0 hesabıyla məğlub etdikləri görüşdə yeganə qolun məhsuldar ötürməsini edib.
Kolumbiya finalda Argentina ilə qarşılaşacaq. Matç iyulun 15-də saat 04:00-da keçiriləcək.