Niderland millisinin müdafiəçisi Vircil van Dayk Avro-2024-də yarımfinalda İngiltərə məğlubiyyəti şərh edib.
Futbolpress.az xəbər verir ki, oyunçu 1:2 hesabıyla başa çatan görüşün baş hakimi Feliks Zvayeri tənqid edib:
“Belə qol buraxmağımız utancvericidir. Hər şeyimizi verdik, amma son dəqiqə qoluna üzüldük. Əliboş qaldıq”.
Hakimin paltardəyişmə otağına tez qaçması hər şeyi deyir. Bundan artıq danışmaq, günahı onun üzərində yıxmaq istəmirəm”.