“Oyunun sonu isə bunların mükafatı oldu” – Sautqeyt

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2024-də finala yüksəlmələrini şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yarımfinalda Niderlandı məğlub etdikləri (2:1) görüşdən sonra bunları deyib:

“Çox yaxşı oynadıq. Futbolçularım vacib məqamda kritik qərarlar verdilər. Oyunun sonu isə bunların mükafatı oldu”.

Sautqeyt sonradan oyuna daxil olan və qol vuran Olle Vatksinin ehtiyatdan meydana girməsinə də münasibət bildirdi:

“Əsas məsələ oyunçuların sonradan meydanda daxil olaraq, oyuna uyğunlaşmasıdır. Bir təzyiq hiss etdik və epizodun birində Harri Keyn zərbə aldı. Vatksin yaxşı təzyiq göstərə, müdafiənin arxasına qaça bilir. Düşündüm ki, ondan istifadə etməliyəm. Vatkinsin bu epizodu yaxalamasına və qol vurmasına çox xoşbəxt oldum”.

İngiltərə finalda İspaniya ilə qarşılaşacaq. Matç iyulun 14-də olacaq.