Azərbaycanlı futbolçunun ÇL-də debütü uğursuz alındı

Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” (Albaniya) ilk oyuna çıxıb. Sözügedən komanda Bosniyada “Borats”ın qonağı olub. Matç “Eqnatiya”nın məğlubiyyəti ilə başa çatıb – 0:1.

Zamiq bu görüşdə start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 63-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Komandalar arasındakı cavab görüşü iyulun 17-də Albaniyada olacaq.