Azər Bağırov: “Heç nədən qorxmaq lazım deyil”

“Araz-Naxçıvan”dan ayrılan Azər Bağırov hələ işsizdir.

Mütəxəssis “FutbolPress“ə açıqlamasında təklif olmadığını söylədi:

“Sakitçilikdir, özü də yaxşı. Şükürlər olsun bu günə. Yaxşı olar inşallah”.

Bağırov işsiz qalmaqdan narahat olmadığını əlavə etdi:

“Heç nədən qorxmaq lazım deyil. Ruzini verən Allahdır. Hər şey yaxşı olar, inşallah”.

Azər Bağırov “Araz-Naxçıvan”la 2022/23 mövsümünü I Divizionda çempion bitirib və 2023/24 mövsümündə Premyer Liqada çıxış edib. O, bu ilin aprelində vəzifəsindən ayrılıb.