“Neftçi”nin yetirməsi Asim Əlizadə karyerasını “Baku Sportinq”də davam etdirə bilər.
“FutbolPress“in əldə etdiyi məlumata görə, yarımmüdafiəçi I Liqaya yüksələn komanda ilə danışıqlar aparır. Danışıqlar artıq son mərhələdədir və Əlizadə yeni mövsümə “Baku Sportinq”də başlayacaq.
Əlizadə son olaraq “İrəvan”da çıxış edib. O, daha əvvəl “Şamaxı”da və Latviyanın “Dauqavpils” klubunda icarədə olub.