“Səbail” ispaniyalı ilə gücləndi

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “dənizçilər” son olaraq Bolqarıstanda “Etır”da çıxış edən Qorxa Laruççanı transfer edib. 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

İspaniyalı futbolçu “Səbail”də 8 nömrəli formada çıxış edəcək.