“Qarabağ” almanlarla bacarmadı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Almaniyanın “Kayzerslautern” komandası ilə qarşılaşıb. Matç “atlılar”ın məğlubiyyəti ilə başa çatıb – 1:3. “Qarabağ”ın yeganə qolunu Elvin Cəfərquliyev vurub.

“Qarabağ” bu gün daha bir matç keçirəcək. Komanda saat 20:00-da “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq.