“Bavariya”nın futbolçusu əməliyyat olundu

“Bavariya”nın və Almaniya millisinin futbolçusu Leroy Sane əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Vinger iyulun sonuna kimi məşqlərə qoşulacaq.

Saneli Almaniya yığması Avro-2024-ün 1/4 finalında İspaniyaya uduzub və mübarizəni dayandırıb.