ÇL: “Qarabağ”ın cavab oyunu ukraynalılara tapşırıldı

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü ukraynalı hakimlər briqadası idarə edəcək. Baş hakim Viktor Kopievski olacaq. Ona yan xətt hakimləri Semen Şlonçak və Volodimir Vsotski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dmitro Panşin yerinə yetirəcək.

Görüş iyulun 30-da olacaq. “Qarabağ” II təsnifat mərhələsində “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.