“Komandanın hazırlığı məşqçilərin planı üzrə deyir. “Şəmkir”lə oyunda böyük hesablı nəticə oldu. Amma biz əsas tapşırıqları yerinə yetirməyə çalışırdıq”.
Bu sözləri “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev “FutbolPress“ə açıqlamasında dedi. Cinah müdafiəçisi yeni baş məşqçi Kurban Berdıyevin üslubuna uyğunlaşmağa çalışdıqlarını söylədi:
“Hər məşqçinin öz oyun üslubu olur. Çalışırıq ki, Berdıyevin tapşırıqlarını tez mənimsəyək və çempionat başlayana qədər hazır olaq”.
Hacıyev mövsümün bitməsindən sonra klubla müqaviləsini artırıb. O, Tovuz təmsilçisi ilə münasibətlərindən danışdı:
“Turan Tovuz”la münasibətlərimiz çox yaxşıdır. Mövsüm bitəndən sonra danışdıq və mənə doğma olan komandada qaldım. Yeni mövsümə hazırlaşırıq. Hədəfimiz bacardığımız qədər yuxarı sıralarda olmaqdır”.
Şahin Cəfərov