“Ştutqart”dan “Borussiya”ya

Dortmund “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Ştutqart”dan Valdemar Antonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşl ımüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Anton Almaniya yığmasının üzvüdür. O, Avro-2024-də iki oyuna çıxıb.