Super Liqa klubunda yeni baş məşqçi

“Adana Demirspor”un yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Mikael Valkanisə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

Valkanis son olaraq “Ayaks”da köməkçi məşqçi kimi çalışıb.