“Qarabağ”la matçda onun necə oynadığını görmüşdük”

“Ferentsvaroş”un idman direktoru Tamaş Haynal yeni transferləri Kadi Borges haqda danışıb.

Futbolpress.az xəbər verir ki, klubun saytına açıqlama verən funksioner braziliyalı yarımmüdafiəçini “Qarabağ”la oyunlardan bəyəndiyini deyib:

“Kadinin təqdimata ehtiyacı yoxdur. Çempionlar Liqasının seçmə mərhələsində “Qarabağ”la matçda onun necə oynadığını görmüşdük. Daim qol təhlükəsi yarada bilən çox dinamik oyunçudur. Onun mümkün qədər tez uyğunlaşmasını gözləyirik və hücumda bizə çox kömək edəcək”.

Kadi Borges 2021-2023-cü illərdə “Qarabağ”da oynayıb.