Cahan Musayev: “Parisdə əlimdən gələni edəcəyəm”

Paris-2024 Paralimpiya Oyunlarında iştirak hüququna yiyələnən parakamandan oxatanımız Cahan Musayev fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, idmançı Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Hər bir idmançı kimi bu idmana başlayanda istəyim Paralimpiadada mübarizə aparmaq olub. Çox sevincliyəm, Paralimpiya Oyunlarında Vətənimi təmsil etmək ən böyük arzum idi. Artıq məqsədim ilk dəfə çıxış edəcəyim Paralimpiadaya ən yaxşı formada hazır olmaqdır. Bu istiqamətdə məşqlərimi davam etdirirəm. Parisdə əlimdən gələni edəcəyəm”.