“Araz-Naxçıvan” üçün sınaq günü

Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” bu gün yoxlama oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, əvəzedicilərlə qarşılaşma Bakı Olimpiya Stadionunda saat 18:00-da başlayacaq. Bu matçla komanda hazırlığın Bakı mərhələsini yekunlaşdıracaq.

Sabah istirahət edəcək “Araz-Naxçıvan” iyulun 10-da Türkiyəyə yola düşəcək. Erzurumda iki həftəlik toplanış zamanı 3 yoxlama matçının keçirilməsi də nəzərdə tutulub. Oyunların tarixi və rəqiblər məlum deyil.