Azərbaycan gimnastı Portuqaliyada “qızıl” qazandı

Azərbaycan gimnasti Karataşov Aleksey 5-7 iyul tarixlərində Portuqaliyanın Koimbra şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə “Coimbra Gym Fest” adlı beynəlxalq yarışda iştirak edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Aleksey ən yüksək nəticəyə nail olaraq qızıl medal sahibi olub.