Kadıoğlu üçün mübarizə qızışdı – daha iki klub onu izlədi

“Fənərbağça”nın və Türkiyə millisinin futbolçusu Ferdi Kadıoğlu İngiltərə klublarının diqqət mərkəzinə düşüb.

Futbolpress.az xəbər verir ki, “Arsenal” və “Nyukasl” 24 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Caught Offside” portalı məlumat yayıb. Klubların skautları Ferdini Türkiyə yığmasının Avro-2024-ün 1/4 finalında Niderlandla oyununda tribunadan izləyiblər.

Daha əvvəl Almaniyanın “Borussiya” klubunun da Ferdi ilə maraqlandığı bildirilirdi. Dortmund təmsilçisi oyunçu üçün 25-30 milyon avro ödəməyə hazırdır.

Ferdi 2018-ci ildən “Fənərbağça”da çıxış edir. O, 140 oyunda 11 qol vurub.