İspaniyalı qapıçı David De Xeanın klubsuz günləri başa çata bilər.
Futbolpress.az xəbər verir ki, qolkiperlə Səudiyyə Ərəbistanının “Əl Şabab” klubu maraqlanır. Bu barədə “Goal” nəşri məlumat yayıb. De Xea adıçəkilən klubla danışıqları davam etdirir.
Qolkiperin son klubu “Mançester Yunayted” olub. O, “qırmızı şeytanlar”da 415 oyunda meydana çıxıb. De Xea 2023-cü ilin yayından klubsuzdur.