“Arsenal”dan “Brayton”a

“Brayton” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa klubu “Arsenal”dan Amario Kozye-Dyuberrini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Amario ötən mövsüm “Arsenal”ın əvəzedici komandasında 13 qol vurub. O, iki dəfə isə əsas komandada şans qazanıb.