Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt” yoxlama oyunu keçirib.
Futbolpress.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Rusiyanın “Orenburq” komandası ilə qarşılaşıb.
Görüş “kimyaçılar”ın məğlubiyyəti ilə başa çatıb – 1:2. “Sumqayıt”ın yeganə qolunu Nihad Əhmədzadə vurub.