İtaliya klubu Hummelslə maraqlanır

Dortmund “Borussiya”sından ayrılan Mats Hummels karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Bolonya” 35 yaşlı müdafiəçi ilə maraqlanır. Bu barədə Canluka Di Marzio məlumat yayıb.

A Seriyası təmsilçisi yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq və Hummels bu faktora görə kluba qoşula bilər.

Daha əvvəl “Roma” və “Komo”nun da müdafiəçi ilə maraqlandığı iddia edilirdi.

Hummels ötən mövsüm “Borussiya”da 40 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.