Ronaldo, Yamal və Arda

Türkiyə millisinin futbolçusu Arda Güler Avropa çempionatında iki məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolpress.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi turnir tarixində debüt ilində iki və ya daha çox assist edən dördüncü yeniyetmə futbolçu olub.

Ondan əvvəl Avro-1984-də belçikalı Ents Şifo, Avro-2004-də Kriştiano Ronaldo və Avro-2024-də Lamin Yamal bunu bacarıb.

Türkiyə yığması 1/4 finalda Niderlanda məğlub olub (1:2) və mübarizəni dayandırıb.