Hakan: “Bura qədər imiş”

Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu Avro-2024-ün 1/4 finalında Niderlanda uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 1:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

“Əməyi keçən hər kəsə təşəkkür edirəm. Gözəl turnir keçirdik. Bura qədər imiş. Millətimizə bu həyəcanı yaşatdıqsa, nə xoş bizə. Futbolda uduzmaq da var.

İkinci hissəyə yaxşı başlamadıq. Kaş, geri çəkilməzdik. İkinci qoldan sonra uzun ötürmələrə bel bağladıq. Belə şeylər olur. Bura qədər gəlmək də böyük şeydir. Komanda yoldaşlarıma təşəkkür edirəm”.